Yanvarın 24-dən indiyədək Şuşa və Ağdam istiqaməti üzrə ümumilikdə 3196 sərnişin səfər edib.
Bu barədə APA-ya Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Dövlət Avtomobil Nəqliyyatı Xidmətindən bildirilib.
Qeyd olunub ki, Xidmətin işğaldan azad olunmuş ərazilərə təşkil etdiyi müntəzəm avtobus marşrutları üzrə bu gün sayca 71-ci reysi həyata keçirilib.
“Vətəndaşların öz doğma torpaqlarına gediş-gəlişi uğurla təmin olunub. Marşrutların təhlili, həmçinin vətəndaşların çoxsaylı müraciətləri və tələbat nəzərə alınaraq mart ayında – Novruz bayramı günlərində Bakı-Şuşa-Bakı istiqamətində avtobus reyslərinin hər gün həyata keçirilməsi qərara alınıb. Biletlər Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin müvafiq marşrut proqramı ilə inteqrasiya olunmaqla yaradılan www.yolumuzqarabaga.az portalı üzərindən onlayn qaydada satılır”, - məlumatda deyilir.