2023-cü il sentyabrın 25-də Xankəndi şəhəri yaxınlığında yanacaqdoldurma məntəqəsində partlayış baş verib.
Məlumatlara əsasən, hadisə nəticəsində çoxlu sayda ölən və yaralananların olduğu bildirilir.
Azərbaycan Respublikası Prezidentinin Administrasiyasından APA-ya bildirilib ki, bununla əlaqədar yaralanan şəxslərə yardım məqsədilə ilkin olaraq 200 nəfərin müalicəsi üçün yanığa qarşı tibbi ləvazimatlar, sarğı materialları, əlcəklər, dərman preparatları (spreylər, kremlər, ağrıkəsicilər, antibiotiklər və s.) daşıyan təcili tibbi yardım maşını Ağdam-Əsgəran-Xankəndi yolu vasitəsilə yola salınıb.
***
23.41
Xankəndidə yanacaqdoldurma məntəqəsində baş verən partlayış zamanı yaralanan şəxslərə yardım məqsədilə tibbi ləvazimat göndərilib.
APA xəbər verir ki, Azərbaycanın mərkəzi hakimiyyəti tərəfindən müvafiq yardım yola salınıb. FHN-in təcili yardım avtomobili Ağdam-Xankəndi yolu ilə hadisə yerinə yola düşüb.
Qeyd edək ki, bu gün Xankəndidə YDM-də baş verən partlayışda bir neçə nəfər xəsarət alıb.