Bakıda reabilitasiya mərkəzinin uşaqlara işgəncə verən iki əməkdaşı saxlanılıb - VİDEO - YENİLƏNİB

Bakıda reabilitasiya mərkəzinin uşaqlara işgəncə verən iki əməkdaşı saxlanılıb - VİDEO  - YENİLƏNİB
# 03 sentyabr 2022 15:00 (UTC +04:00)

Bakı şəhəri, Nizami rayonunda yerləşən "Mehnur" loqopedik reabilitasiya mərkəzinin psixoloqu Aytac Kazımlı və mərkəzin direktor köməkçisi vəzifəsində çalışan Səbinə Əliyarbəyli saxlanılıb.

Bu barədə APA-ya Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Qeyd olunub ki, saxlanılan şəxslər barəsindən Cinayət Məcəlləsinin 133-cü (əzab vermə) maddəsi ilə cinayət işi başlanılıb.

***

saat 10.33

Bakıda reabilitasiya mərkəzində uşaqlara işgəncə verən şəxslərin kimliyi məlum olub.

Bu barədə APA-ya Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən xəbər verilib.

Qeyd olunub ki, hazırda araşdırma davam etdirilir.

***

09:54

Bakıda reabilitasiya mərkəzində uşaqlara işgəncə verilməsi ilə bağlı görüntülər yayılıb.

APA xəbər verir ki, sosial şəbəkələrdə yayılan görüntülərin paytaxtın Sabunçu rayonu ərazisində yerləşən loqopedik reabilitasiya mərkəzində qeydə alındığı bildirilir.

Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən APA-ya bildirilib ki, məsələ ilə bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR