Bakıda tut ağacını zədələyən şəxs cəzalandırılıb

Bakıda tut ağacını zədələyən şəxs cəzalandırılıb
# 02 iyun 2022 09:23 (UTC +04:00)

Binəqədi rayonu, Faiq Rüstəmov küçəsi 38 ünvanında ağacın kəsilməsi ilə bağlı Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinə daxil olan şikayət yerində araşdırılıb.

Bu barədə APA-ya Ekologiya və Təbii Sərvətlər Nazirliyindən bildirilib.

Xidmət rəsmisi Vaqif Cavadov qeyd edib ki, araşdırma zamanı ərazidəki tut ağacının vətəndaş Səyavuş Hüseynov tərəfindən qanunsuz olaraq gövdəsinin üst hissəsindən sərt budandığı müəyyən edilib.

“Faktla bağlı təqsirkar şəxs barəsində protokol tərtib edilib”, - o deyib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR