Bakıda ümumi təhsil məktəblərinin I sinfinə qəbul üzrə 44 875 sorğu yerləşdirilib

Bakıda ümumi təhsil məktəblərinin I sinfinə qəbul üzrə 44 875 sorğu yerləşdirilib
# 12 iyun 2019 17:24 (UTC +04:00)

"2019-2020-ci tədris ili üçün paytaxtın ümumi təhsil məktəbləri üzrə I sinfə 44 875 uşaq üçün sorğu yerləşdirilib".

APA-nın xəbərinə görə, bunu Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdiri Rəşad Tağıyev deyib.

O bildirib ki, onlardan 41 430-u ümumi təhsil məktəblərini, 3 445-i isə lisey və gimnaziyaları seçib.

R. Tağıyev qeyd edib ki, BŞTİ-nin tabeliyindəki 264 ümumi təhsil müəssisəsində 919 məktəbəhazırlıq qrupu fəaliyyət göstərib: "Həftədə 4 gün fəaliyyət göstərən məktəbəhazırlıq qruplarında 23 840 uşaq məşğələlərə cəlb olunub".

İdarə müdiri onu da vurğulayıb ki, 164 məktəbdə 360 təmayül sinfi təşkil olunub: "2018-2019-cu tədris ilində ümumi təhsilin tam orta təhsil səviyyəsində təmayülləşmənin miqyası genişlənib. BŞTİ-nin tabeliyindəki 164 məktəbdə 360 təmayül sinfi təşkil olunub. Hər bir təmayül istiqaməti üzrə ayrıca tədris planı və proqramları hazırlanaraq təsdiq edilib".

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR