BMT-nin sessiyasında Azərbaycan hökumətinin hesabatı təqdim edilib

BMT-nin sessiyasında Azərbaycan hökumətinin hesabatı təqdim edilib
# 16 iyun 2022 16:23 (UTC +04:00)

Bugün BMT-nin Qadınlara qarşı ayrı-seçkiliyin ləğv olunması üzrə Komitəsinin 82-ci sessiyasında Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi tərəfindən Konvensiya üzrə altıncı dövri hesabat təqdim edilib.

Komitədən APA-ya verilən xəbərə görə, BMT-nin “Qadınlara qarşı ayrı-seçkiliyin bütün formalarının aradan qaldırılması üzrə Konvensiyası”nın icrasına dair altıncı dövri hesabatı Azərbaycan hökuməti adından Dövlət Komitəsinin sədri Bahar Muradova təqdim edib.

Bahar Muradova deyib ki, ölkədə beynəlxalq təşkilatlarla əməkdaşlıq çərçivəsində birgə həyata keçirilən layihələr çərçivəsində regionlarda yaradılmış 3 İcma Resurs, 15 Qadın Resurs Mərkəzi Hazırda ümumilikdə Qadın Resurs Mərkəzinin 2799 nəfər üzvü var. Bugünədək həmin mərkəzlərdən faydalanan qadınların sayı 8 mindən çox olub.

Komitə sədri bildirib ki, 2020-ci ildə qlobal pandemiyanın davam etdiyi bir zamanda Ermənistanın Azərbaycana qarşı növbəti hərbi təcavüzündən danışan sədr 44 günlük Vətən müharibəsinin Azərbaycanın tarixi qələbəsi ilə bitməsini vurğulayıb. Qeyd edilib ki, Ermənistanın son hərbi təcavüzü nəticəsində 12-si uşaq, 27-si qadın olmaqla 93 mülki şəxs həlak olub, 454 mülki vətəndaş (101 qadın, 50 uşaq) yaralanmış, ümumilikdə 12292 yaşayış və qeyri yaşayış sahəsinə, 288 nəqliyyat vasitəsinə ziyan dəyib, 1018 fermer təsərrüfatı üzrə zərər faktı aşkar edilib.

Hazırki dövrdə sülhün saxlanması, bərpa və yenidənqurma fəaliyyətləri, həmçinin məcburi köçkünlərin öz torpaqlarına qayıtmasının Azərbaycan üçün mütləq prioritet məsələ olduğunu bildirən Komitə sədri xüsusi diqqəti işğaldan azad edilmiş ərazilərin minalardan və partlamamış sursatlardan təmizlənməsi məsələsinə çəkib. O bildirib ki, ərazilərin minalardan təmizlənməsi prosesinin sürətlənməsi keçmiş məcburi köçkünlərin öz torpaqlarına qaytarılması və bu ərazilərin sosial-iqtisadi reinteqrasiyası üçün xüsusi əhəmiyyətə malikdir.

Sədr postmüharibə dövründə Vətən müharibəsi şəhidlərinin ailə üzvləri, qazilər, ailə üzvləri və erməni terrorundan zərər çəkənlərdən ibarət 3 min ailə üzrə 10 minədək şəxsə sosial-psixoloji dəstək göstərildiyini diqqətə çatdırıb: “Azərbaycan hökuməti, o cümlədən, vətəndaş cəmiyyəti qurumları və beynəlxalq təşkilatların birgə layihəsi çərçivəsində müharibədən zərərçəkmiş insanlarla iş aparıldığını, onların psixososial vəziyyətinin yaxşılaşdırılması və hüquqi dəstək istiqamətində xidmətlər göstərilib”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR