Bona Dea Beynəlxalq Xəstəxanası donor orqanlarının idxalı və ixracını həyata keçirəcək

Bona Dea Beynəlxalq Xəstəxanası

© APA | Bona Dea Beynəlxalq Xəstəxanası

# 07 yanvar 2022 16:32 (UTC +04:00)

Nazirlər Kabineti “Donor orqanların götürülməsi, hazırlanması, saxlanması, daşınması, idxalı və ixracını həyata keçirən tibb müəssisələrinin Siyahısı”nda dəyişiklik edib.
APA-nın məlumatına görə, Bona Dea Beynəlxalq Xəstəxanası donor orqanların götürülməsi, hazırlanması, saxlanması, daşınması, idxalı və ixracını həyata keçirən (ürək, böyrəklər, qaraciyər, mədəaltı vəzi, nazik bağırsağın bir hissəsi, gözün buynuz qişası) tibb müəssisələrinin Siyahısına əlavə edilib.

Həmçinin, “Donor orqanların transplantasiyasını həyata keçirən ixtisaslaşdırılmış tibb müəssisələrinin Siyahısı”na da dəyişiklik edilib. Dəyişikliyə əsasən,Bona Dea Beynəlxalq Xəstəxanası ürək, böyrəklər, qaraciyər, mədəaltı vəzi, nazik bağırsağın bir hissəsi, gözün buynuz qişasının transplantasiyasını həyata keçirən ixtisaslaşdırılmış tibb müəssisələrinin siyahısına əlavə edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR