Bu il 190 mindən artıq şəxsin əlillik müddəti bitib

Himalay Məmişov

© APA | Himalay Məmişov

# 29 dekabr 2021 11:57 (UTC +04:00)

Bu il Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən əlilliyin dayandırılması həyata keçirilməyib.

APA-nın məlumatına görə, bunu Dövlət Sosial Müdafiə Fondunun (DSMF) İdarə Heyətinin sədri Himalay Məmişov ilin yekunları ilə bağlı keçirilən mətbuat konfransında saxta əlilliklə bağlı dövlət büdcəsinə nə qədər məbləğ köçürülüb sualına cavabında bildirib.

Onun sözlərinə görə, bu il 190 mindən artıq şəxsin əlillik müddəti bitib: “Həmin şəxslər təkrar müayinədən keçərək əlilliklərini bərpa edə bilərlər. Təkrar əlillik müddəti təyin olunduqdan sonra şəxs pensiya müddəti bitəndən növbəti əlillik təyinatına qədər olan müddət üçün də pensiya alır. Hələ ki əlillik müddətlərinin bitməsi ilə bağlı müraciətlər davam edir. Bu səbəbdən əlilliklə bağlı dövlət büdcəsinə nə qədər vəsaitin ödənilməsi ilə bağlı rəqəmlər yəqin ki, gələn ilin aprel-may aylarında açıqlana bilər”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR