Bu il doğulanların 1984-ü əkiz, 96-sı üçəm olub

Bu il doğulanların 1984-ü əkiz, 96-sı üçəm olub
# 14 sentyabr 2022 11:55 (UTC +04:00)

Cari ilin yanvar-iyul aylarında Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri tərəfindən ölkə üzrə 71491 doğulan körpə qeydə alınıb və ötən ilin müvafiq dövrü ilə müqayisədə əhalinin hər 1000 nəfərinə bu göstərici 11,0-dan 12,2-yə qədər artıb.

APA xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsinin aylıq hesabatında qeyd olunub.

Doğulanlar arasında oğlanların xüsusi çəkisi 52,8 faiz, qızların xüsusi çəkisi isə 47,2 faiz təşkil edib. Körpələr arasında əkiz doğulanların sayı 1 984, üçəm doğulanların sayı isə 96 olub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR