Bu il əhaliyə 3 mlrd. manatdan çox sosial ödəniş edilib

Bu il əhaliyə 3 mlrd. manatdan çox sosial ödəniş edilib
# 29 iyul 2022 10:09 (UTC +04:00)

Sosial təminat növləri (pensiya, müavinət, təqaüd, ünvanlı dövlət sosial yardımı) üzrə ödənişlərdə artım dinamikası 2022-ci ilin 6 ayında da davam edib.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən APA-ya bildirilib ki, Dövlət Sosial Müdafiə Fondu tərəfindən bu ilin birinci yarımili ərzində həmin sosial təminat növləri üzrə əhaliyə 3 mlrd. 247 mln. manat vəsait ödənilib.

Bu da ötən ilin eyni dövrünə nisbətən 7,8 faiz və ya 235,3 mln. manat çoxdur.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR