Bank Of Baku

Buzovnada tullantı su sistemi inkişaf etdirilmədən genişləndirilib

Buzovnada tullantı su sistemi inkişaf etdirilmədən genişləndirilib
# 02 sentyabr 2022 16:26 (UTC +04:00)

"Buzovna qəsəbəsinin tullantı su sistemi inkişaf etdirilmədən genişləndirilib. Bu səbəbdən, sahilboyu zonada dənizə tullantı suyunun axıdılması müşahidə edilir".

APA xəbər verir ki, bunu “Azərsu” ASC-nin Planlaşdırma və Layihələndirmə Departamentinin rəisi Bahadur Kəngərli deyib.

Onun sözlərinə görə, hazırda Buzovnada təmizləyici qurğular fəaliyyətdədir: “Orada gündəlik 10 min kubluq məhsuldarlığı olan təmizləyici qurğular var, hazırda fəaliyyətdədirlər”.

O eyni zamanda qeyd edib ki, tullantı sularının tələb olunan standartlara qədər təmizlənməsi və təkrar istifadəsi nəzərdə tutulur:

"Bu istiqamətdə hazırda işlər davam etdirilir”.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR