Çilov adasında məktəbə mediatur təşkil olunub - FOTO

Çilov adasında məktəbə mediatur təşkil olunub  - FOTO
# 31 may 2022 13:12 (UTC +04:00)

Çilov adasında yerləşən 131 saylı məktəbə səfər təşkil edilib.

APA xəbər verir ki, səfərdə BŞTİ-nin müdiri Mehriban Vəliyeva, İdarənin müvafiq struktur bölmə rəhbərləri və bir qrup jurnalist iştirak ediblər.

Səfər çərçivəsində müəllim, şagird və valideynlərlə görüşlər təşkil edilib, təhsil müəssisəsinin perspektiv inkişaf planı və digər müvafiq məsələlərlə bağlı müzakirələr aparılıb, məktəbdə yaradılan şərait barədə məlumat verilib.

Məktəb-ailə, müəllim-valideyn əməkdaşlığının şagirdlərin təlim-tərbiyəsindəki rolundan danışan Mehriban Vəliyeva tədris prosesinin təşkilinin daha da təkmilləşdirilməsi istiqamətində belə əməkdaşlığın vacibliyini vurğulayıb.

Məktəbin direktoru Rafail Musayev bildirib ki, məktəbin nailiyyətləri yüksəkdir və hər il məzunların böyük hissəsi ali məktəbə qəbul olur.

Qeyd edək ki, Azərbaycanın Milli Qəhrəmanı Rasim İbrahimovun adını daşıyan Bakı şəhəri 131 nömrəli tam orta məktəb 1951-ci ildən fəaliyyət göstərir. 200 nəfərlik şagird tutumu olan məktəbdə hazırda 10 sinif olmaqla (şagird sayı az olduğu üçün II və III siniflər birləşdirilib) 72 şagird təhsil alır. Məktəbdə ümumilikdə 34 nəfər çalışır ki, onlardan 19 nəfəri pedaqoji fəaliyyətlə məşğul olur.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR