COVID-19-a qarşı peyvənd olunma, əks göstəriş və sağalaraq immunitetə malik olmaya dair sertifikatlar təsdiqlənib

COVID-19-a qarşı peyvənd olunma, əks göstəriş və sağalaraq immunitetə malik olmaya dair sertifikatlar təsdiqlənib
# 29 noyabr 2021 19:11 (UTC +04:00)

Nazirlər Kabineti “COVID-19 xəstəliyinə qarşı peyvənd olunmanı, peyvəndləməyə əks göstərişi, neqativ PZR test nəticəsini əks etdirən və COVID-19 xəstəliyinə yoluxmuş şəxslərin sağalaraq immunitetə malik olmalarını təsdiq edən sertifikatların tanınması ilə bağlı bəzi məsələlərin tənzimlənməsi haqqında” qərar verib.
APA-nın məlumatına görə, qərara əsasən, “COVID-19 xəstəliyinə qarşı peyvənd olunmanı, peyvəndləməyə əks göstərişi, neqativ PZR test nəticəsini əks etdirən və COVID-19 xəstəliyinə yoluxmuş şəxslərin sağalaraq immunitetə malik olmalarını təsdiq edən sertifikatların tanınması Qaydası” təsdiqlənib.
Eyni zamanda “Peyvənd Sertifikatı”, “Əks-göstəriş Sertifikatı”nın forması”, “COVID-19-RT-PZR Analiz Nəticəsi Sertifikatı”nın forması” və “İmmunitet Sertifikatı”nın forması” təsdiqlənib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR