Damcılı mağarasında arxeoloji qazıntı işlərinə başlanılıb

Damcılı mağarasında arxeoloji qazıntı işlərinə başlanılıb
# 09 avqust 2022 14:32 (UTC +04:00)

“Damcılı mağara düşərgəsi”ndə elmi-tədqiqat işləri aparmaq məqsədilə qazıntı işlərinə başlanılıb.

AMEA-dan APA-ya verilən xəbərə görə, 2020-2021-ci illərdə pandemiya səbəbindən qazıntı işlərinə fasilə verilsə də, Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin dəstəyi ilə bu il qazıntı işlərinə yenidən başlanılıb.

Hazırda ərazidə Arxeologiya, Etnoqrafiya və Antropologiya İnstitutunun arxeoloqları yaponiyalı arxeoloqlarla birgə elmi-tədqiqat işləri aparır.

Beynəlxalq ekspedisiyanın məqsədi Qafqazda neolitdən əvvəlki dövrlərə aid maddi sübutlar əldə etmək və ərazinin qədim insan məskəni olduğunu bir daha təsdiqləməkdir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR