Dövlət Komitəsi azyaşlıların nişan mərasimi görüntülərinə münasibət bildirib

Dövlət Komitəsi azyaşlıların nişan mərasimi görüntülərinə münasibət bildirib
# 19 fevral 2022 13:30 (UTC +04:00)

Sosial şəbəkələrdə azyaşlı qızla oğlanın nişan mərasimi görüntüləri yayılıb. Oğlanın 17, qızın isə 13 yaşlı olduğu bildirilir.

Məsələ ilə bağlı Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin mətbuat katibi Teymur Mərdanoğlu APA-nın sorğusuna cavab olaraq bildirib ki, görüntülər mətbuatda çıxmazdan əvvəl Komitə araşdırmaya başlayıb.

"Faktın Bərdənin Soğanverdilər adı çəkilən kəndində olması öz təsdiqini tapmayıb. Amma bütün bunlara baxmayaraq, aidiyyəti qurumların əməkdaşları ilə birlikdə araşdırmalar davam etdirilir. Bəzi məlumatlara görə, görüntü Gürcüstanda çəkilib", - T. Mərdanoğlu deyib.

Aysel Şahmar

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR