Dövlət Xidməti: Bu il 95 nəfər işdən qanunsuz çıxarılıb

Dövlət Xidməti: Bu il 95 nəfər işdən qanunsuz çıxarılıb
# 08 dekabr 2022 16:12 (UTC +04:00)

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidməti (DƏMX) 2022-ci ilin 11 ayı ərzində vətəndaş müraciətlərini araşdırarkən 95 işçinin əmək müqavilələrinə qanunvericiliyin tələbləri pozulmaqla xitam verildiyini müəyyən edib.

Bu barədə APA-ya Xidmətdən xəbər verilib.

Qeyd edilib ki, Xidmətin qanunvericiliyə əsasən gördüyü tədbirlər nəticəsində həmin işçilər yenidən əvvəlki işlərinə bərpa olunublar.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR