Əlilliyi olan şəxslərin sanatoriya-kurort müalicəsi ilə təmin olunması qaydası müəyyənləşib.
APA-nln məlumatına görə, bu, Nazirlər Kabinetinin qərarı ilə təsdiqlənən “Əlilliyi olan şəxslərin dərman preparatları, tibbi xidmət və ölkə hüdudları daxilində sanatoriya-kurort müalicəsi ilə təmin olunması Qaydası”nda əksini tapıb.
Beləliklə, əlilliyi olan şəxslər (işləməyən əlilliyi olan şəxslər və pensiya almaq hüququ olan hərbi qulluqçular istisna olmaqla) Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin tibbi- sosial ekspert komissiyası tərəfindən tərtib edilmiş Fərdi Reabilitasiya Proqramında nəzərdə tutulduğu halda Nazirliyin tabeliyində Sosial Xidmətlər Agentliyi (Xidmətlər Agentliyi) və Dayanıqlı və Operativ Sosial Təminat Agentliyi (Təminat Agentliyi) tərəfindən ölkə hüdudları daxilində müalicə üçün sanatoriya-kurort putyovkası (yollayışı) ilə pulsuz təmin olunurlar.
İşləməyən əlilliyi olan şəxslər dövlət büdcəsində bu məqsəd üçün nəzərdə tutulmuş vəsait hesabına, dövlət orqanlarında (qurumlarında), mülkiyyət və təşkilati-hüquqi formasından asılı olmayaraq idarə, müəssisə və təşkilatlarda (təşkilat) işləyən əlilliyi olan şəxslər Nazirliyin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun vəsaiti hesabına və istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində əlilliyi olan şəxslər isə təqsirkar işəgötürənin vəsaiti hesabına işəgötürən tərəfindən sanatoriya-kurort putyovkası (yollayışı) ilə təmin olunurlar.
Pensiya almaq hüququ olan hərbi qulluqçuların sanatoriya-kurort putyovkası (yollayışı) ilə təmin olunması Nazirlər Kabinetinin 2002-ci il 12 avqust tarixli 128 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi qulluqçuların və onların ailə üzvlərinin (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularının ailələrindən başqa) sanatoriyalarda və istirahət evlərində sanatoriya-kurort müalicəsi, pansionatlarda və turist bazalarında istirahət üçün putyovkalarla (yollayışlarla) təmin olunması Qaydası” ilə tənzimlənir.
Sanatoriya-kurort putyovkası (yollayışı) ildə bir dəfədən çox olmamaqla növbəlilik qaydasında verilir. Sanatoriya-kurort putyovkasının (yollayışının) verilməsi barədə Fərdi Reabilitasiya Proqramında göstəriş müəyyən edildikdən sonra əlilliyi olan şəxs 1 iş günü müddətində növbəyə götürülür. Sanatoriya-kurort putyovkası (yollayışı) üçün növbəlilik
Nazirliyin Mərkəzləşdirilmiş elektron informasiya sistemi (MEİS) üzərindən avtomatlaşdırılmış qaydada təmin edilir. Növbəyə götürülmüş əlilliyi olan şəxsin, sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqlara münasibətdə isə onların qanuni nümayəndələrinin əlaqə vasitələrindən birinə 2 gün ərzində qısa məlumat göndərilir, eləcə də onun Nazirliyin “e-sosial” internet portalındakı şəxsi kabinetində ətraflı məlumat əks olunur
Əlilliyi olan şəxslər sanatoriya-kurort müəssisəsinə qəbul olunma tarixindən ən geci 7 gün əvvəl sanatoriya-kurort putyovkası (yollayışı) ilə təmin edilirlər. I dərəcə əlilliyi olan şəxsin və ya 18 yaşınadək sağlamlıq imkanları məhdud uşağın müşaiyətçiyə ehtiyacı olarsa, Fərdi Reabilitasiya Proqramının tibbi reabilitasiya bölməsində bu barədə qeyd aparılır. I dərəcə əlilliyi olan şəxsləri və ya 18 yaşınadək sağlamlıq imkanları məhdud uşaqları müşaiyət edən şəxslər sanatoriya-kurort putyovkası (yollayışı) ilə həmin əlilliyi olan şəxslərin və 18 yaşınadək sağlamlıq imkanları məhdud uşaqların sanatoriya- kurort putyovkası (yollayışları) ilə təmin olunduqları təşkilat tərəfindən təmin olunurlar. Sanatoriya-kurort putyovkası (yollayışı) rəsmiləşdirilmiş əlilliyi olan şəxslərə dair məlumatlar, o cümlədən onların sağlamlıq vəziyyətinə dair məlumatlar daxil olmaqla sanatoriya-kurort müəssisələrinə həmin putyovkanı (yollayışı) verən təşkilat tərəfindən təqdim edilir. Sanatoriya-kurort müəssisələri əlilliyi olan şəxsin sanatoriya-kurort müəssisəsinə qəbul olunduğu və həmin müəssi- sədən buraxıldığı tarix, habelə aparılmış müalicələrin nəticələri barədə məlumatları müalicə başa çatdıqdan sonra 30 gün müddətində Xidmətlər Agentliyinə təqdim edir. Xidmətlər Agentliyi daxil olmuş məlumatları 3 (üç) iş günü müddətində MEİS-in “Sanatoriya-kurort” altsisteminə daxil edir və həmin məlumatlar avtomatik olaraq Fərdi Reabilitasiya Proqramının yerinə yetirilməsi barədə hesabatda əks olunur.
Sanatoriya-kurort putyovkasını (yollayışını) verən Xidmətlər Agentliyində və Təminat Agentliyində “geri qayıtma” talonunun MEİS-in “Sanatoriya-kurort” altsistemi vasitəsilə qeydiyyatı aparılır və onun putyovkanın (yollayışın) istifadəsini təsdiq edən sənəd kimi saxlanılması təmin edilir. Sanatoriya-kurort putyovkalarının (yollayışlarının) uçotu- nun aparılmasını, onlara dair hesabatların təqdim edilməsini, habelə mühasibat uçotu sənədlərinin saxlanmasını həmin puytovkaları (yollayışı) verən təşkilat təmin edir. Bu Qaydanın tətbiqi zamanı yaranan mübahisələr inzibati və ya məhkəmə qaydasında həll edilir.
Əlillərin sanatoriya-kurort müalicəsinə dair qayda təsdiqlənib
Sosial
Bakı Psixologiya Mərkəzi iş mühitində psixoloji rifaha dair videoçarx hazırlayıb
DSMF vətəndaşların pensiya kapitallarında dəyişikliklərin baş verməsinin səbəbini açıqlayıb
FHN yanğın təhlükəsizliyi ilə bağlı maarifləndirmə tədbiri keçirib - FOTO
FHN-in Dövlət Yanğından Mühafizə Xidməti növbəti “açıq qapı günü” tədbirləri keçirib
Xəbər Lenti
Konqoda üsyançıların hücumu nəticəsində 11 nəfər həlak olub
Səudiyyə Ərəbistanı hava limanına hücuma sərt cavab veriləcəyini açıqlayıb
Səudiyyə Ərəbistanında hava limanına raket hücumu nəticəsində 12 nəfər ölüb, 309 nəfər yaralanıb - YENİLƏNİB
Tayvan Prezidenti Çinlə münasibətlər barədə bəyanat verib
Zelenski Trampın sərt bəyanatlarından dərhal sonra Britaniyanın baş naziri ilə danışıb
Ermənistanın Gəncədə törətdiyi növbəti terrordan 6 il ötür
Kiyev Trampın Zelenskinin vəzifədən uzaqlaşdırılması çağırışına cavab verib
ABŞ-də kütləvi atışma nəticəsində 9 nəfər ölüb
Rusiya dizel yanacağının ixracına qoyulan qadağanı qismən aradan qaldırıb
Pentaqon: İranla əməliyyatlar zamanı 21 ABŞ hərbçisi ölüb, 865-i yaralanıb
KİV: Tramp administrasiyası Rusiyaya böyük güzəştlər etməyə hazırdır
Hörmüz boğazında nəhəng neft tankeri minaya düşərək partlayıb
“Fənərbaxça” “Rizespor”u, “Trabzonspor” isə “Samsunspor”u məğlub edib
Tramp: Məncə, Ukraynanın yeni prezidenti seçməsinin vaxtı çatıb
İstanbulda xəstəxanada yanğın başlayıb, xəstələr təxliyə olunur
ABŞ-da qasırğa nəticəsində 2 nəfər ölüb, 800 mindən çox insan işıqsız qalıb
İsrail ordusu Qəzzada “İslami Cihad”ın komandirini öldürdüyünü açıqlayıb
Goranboyda qəza olub, xəsarət alanlar var
Uitkoff və Kuşner yaxın iki həftə ərzində Rusiyaya səfər edə bilər
DÇ: Uşangi Kokauri finalda məğlub olub
Husilər yenidən Ər-Riyad aeroportuna hücum edib
Ronaldo millidən uzaqlaşdırılıb
Moldovanın keçmiş Baş naziri: Ermənistan itkin düşmüş şəxslərlə bağlı məlumatları paylaşmalıdır
İran Ordusunun Quru Qoşunlarının komandanı: Müharibə başlayandan sonra sərhədlərdə 50-dən çox döyüş və dəstək bölməsi yerləşdirilib
Prezident İlham Əliyev və Ramzan Kadırov birgə nahar ediblər
Prezident İlham Əliyev və Ramzan Kadırov “Bakı Ağ Şəhər”də olublar
Rusiyanın Zaporojyeyə aviabombalarla endirdiyi zərbələr nəticəsində ölənlərin sayı 15-ə çatıb - YENİLƏNİB - FOTO
Ramzan Kadırov Bakı-Qroznı təyyarəsinin qəzası ilə əlaqədar bir daha başsağlığı verib
Prezident İlham Əliyev Ramzan Kadırovu qəbul edib
Bakı Psixologiya Mərkəzi iş mühitində psixoloji rifaha dair videoçarx hazırlayıb
“İtkin düşmüş şəxslər üzrə Bakı Dialoqu” çərçivəsində keçirilən IV Beynəlxalq Konfransın iştirakçılarının Qarabağa səfəri başa çatıb
Moldova səfiri: Xocalıda həyatın yenidən canlandığını görmək sevindiricidir
Beynəlxalq səyyahların Qarabağ və Şərqi Zəngəzura səfəri başa çatıb - FOTO
Ermənistanda hərbçi odlu silah yarasından ölüb
DSMF vətəndaşların pensiya kapitallarında dəyişikliklərin baş verməsinin səbəbini açıqlayıb
Şahbaz Şərif Prezident İlham Əliyevə zəng edib
Rusiya Gürcüstanda istehsal olunan "Nabeglavi" mineral suyunun və "Coca-cola" idxalını qadağan edib
Lənkəranda güclü külək bir sıra fəsadlar törədib, 15-ə yaxın irigövdəli ağac aşıb
FHN yanğın təhlükəsizliyi ilə bağlı maarifləndirmə tədbiri keçirib - FOTO
Putin Trampa İranın münaqişənin həlli ilə bağlı mövqeyini çatdırıb
Sabahın havası açıqlanıb
Azərbaycanın pambıq ixracından gəliri 23%-dən çox artıb
Pezeşkian: Regional diplomatiya münaqişənin genişlənməsinin qarşısını alan alətə çevrilməlidir
ABŞ-ın Corciya ştatında atışma nəticəsində 5 nəfər ölüb
Ukrayna Rostov vilayətində neft terminalı, dəmir yolu körpüsü və iki gəmiyə zərbə endirib
ISW: Rusiya dizel razılaşması müqabilində ABŞ-yə Ukrayna ilə bağlı güzəştlər təklif etməyib
Beynəlxalq səyyahlar Horadiz-Ağbənd avtomobil yolunda görülmüş işlərlə tanış olublar - FOTO - YENİLƏNİB