Talaçay-Zaqatala məntəqəsindən sel keçib - FAKTİKİ HAVA - VİDEO

Talaçay-Zaqatala məntəqəsindən sel keçib - FAKTİKİ HAVA   - VİDEO
# 08 iyun 2023 11:32 (UTC +04:00)

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətini iyunun 8-i saat 11:00-a olan məlumatına əsasən bəzi yerlərdə şimşək çaxıb, arabir leysan xarakterli yağış yağıb.

Bu barədə APA-ya Xidmətdən məlumat verilib.

Düşən yağıntının miqdarı Qaxda 19 mm, Ceyrançöldə 15 mm, Lerik, Şəkidə 12 mm, Qusar, Gədəbəy 8 mm, Balakən, Şahbuz, Göygöldə 6 mm, Astara, Oğuz, Zaqatala, Naftalan, Quba, Qrız, Mingəçevir, Yevlax, Gəncə, Daşkəsən, Tərtər, Yardımlı, Şəmkir, Ağdam, Qobustan, Şərur, Ordubad, İsmayıllı, Xaltan, Şahdağ, Bərdə, Göyçay, Zərdab, Kürdəmirdə 5 mm-dək olub.

08.06.2023 tarixində saat 08:00 üçün olan məlumata əsasən Zaqatala rayonunun Talaçay-Zaqatala məntəqəsindən sel keçib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR