FHN Ağsu və Şamaxıda yanğın təhlükəsizliyi ilə bağlı tədbir keçirib - FOTO

FHN Ağsu və Şamaxıda yanğın təhlükəsizliyi ilə bağlı tədbir keçirib

© APA | FHN Ağsu və Şamaxıda yanğın təhlükəsizliyi ilə bağlı tədbir keçirib

# 28 dekabr 2021 16:55 (UTC +04:00)

Fövqəladə Hallar Nazirliyinin (FHN) Dövlət Yanğın Nəzarəti Xidmətinin Şimal-qərb regional Dövlət Yanğın Nəzarəti İdarəsi Hacıqabul magistral qaz kəmərləri Ağsu xətti istismar sahəsində və Şimal-qərb RETSİ Şamaxı elektrik şəbəkəsində yanğına qarşı maarifləndirmə tədbirləri keçirib.

APA-nın FHN-in saytına istinadən verdiyi məlumata görə, tədbirlərdə iştirakçılara inzibati binalarda yanğın təhlükəsizliyinə dair tələblər, o cümlədən ərazinin daim təmiz vəziyyətdə saxlanılmasının, normativ sənədlərə uyğun ilkin yanğınsöndürmə vasitələri ilə təmin edilməsinin, yanğına qarşı su təchizatı qurğularının daim saz vəziyyətdə saxlanılmasının vacibliyi bildirilib, ilkin yanğınsöndürmə vasitələrindən istifadə qaydaları əyani nümayiş etdirilib.

Sonda iştirakçıların sualları cavablandırılıb, müzakirələr aparılıb.

Aysel Şahmar

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR