FHN-də Zəfər Günü və Dövlət Bayrağı Günü ilə bağlı tədbirlər keçirilib - FOTO

FHN-də Zəfər Günü və Dövlət Bayrağı Günü ilə bağlı tədbirlər keçirilib - FOTO
# 05 noyabr 2022 19:23 (UTC +04:00)

Fövqəladə Hallar Nazirliyinin qurumları və regional mərkəzlərində 8 Noyabr – Zəfər Günü və 9 Noyabr – Azərbaycan Respublikasının Dövlət Bayrağı Günü münasibətilə tədbirlər keçirilib.

FHN-dən APA-ya verilən məlumata görə, şəxsi heyətin qatıldığı tədbirlərdə Vətən müharibəsi iştirakçıları, qazilər və şəhid ailələrinin üzvləri iştirak ediblər.

Əvvəlcə, tədbir iştirakçıları ümummilli lider Heydər Əliyevin büstünün önünə gül dəstələri qoyaraq Ulu Öndərin unudlumaz xatirəsini dərin ehtiramla yad ediblər.

Dövlət Himninin səsləndirilməsi ilə başlanan tədbirlərdə ölkəmizin müstəqilliyi və ərazi bötüvlüyü uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yed edilib.

Tədbirlərdə 44 günlük Vətən müharibəsində ölkə Prezidenti, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin müdrik rəhbərliyi ilə qazanılmış tarixi Zəfərin əhəmiyyətindən danışılıb, şanlı Azərbaycan Ordusunun misilsiz qəhrəmanlığından söz açılıb. Bildirilib ki, əsgər və zabitlərimizin qəhrəmanlıqları sayəsində düşmən ordusu darmadağın edilib, işğal altında olan torpaqlarımız azad edilib və ölkəmizin ərazi bütövlüyü bərpa olunub. Qeyd edilib ki, Vətən müharibəsində qazanılan Zəfər Azərbaycan Ordusunun yenilməz qüdrətinin bariz göstəricisi, Prezident-Xalq monolit birliyinin böyük təcəssümü idi. 44 gün davam edən “Dəmir yumruq” hərbi əməliyyatında qazanılan tarixi Qələbə xalqımıza misilsiz qürur hissi yaşadıb.

Tədbirlərdə qeyd olunub ki, Azərbaycan dövlətinin müstəqilliyini və milli dəyərlərini təcəssüm etdirən bayrağımızın dövlət rəmzi kimi qəbul olunması ilk dəfə 1990-cı il noyabr ayının 17-də ulu öndər Heydər Əliyevin təşəbbüsü və rəhbərliyi ilə keçirilən Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sessiyasında müzakirə edilib. Həmin sessiyada Azərbaycan Xalq Cümhuriyyəti dövründə ucaldılmış üçrəngli bayrağın bərpası, Naxçıvan Muxtar Respublikasının Dövlət Bayrağı kimi qəbul olunması haqqında tarixi qərar qəbul edilib.

Çıxışlarda vurğulanıb ki, ulu öndər Heydər Əliyevin memarı olduğu, dövlət başçısı cənab İlham Əliyevin davam və inkişaf etdirdiyi müdrik siyasət nəticəsində beynəlxalq birliyin nüfuzlu üzvünə və söz sahibinə çevrilmiş Azərbaycan Respublikasının Dövləti Bayrağı bundan sonra da dünya azərbaycanlılarının qürur mənbəyi olaraq daim dalğalanacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR