Bakıda qanunsuz tikinti işləri dayandırılıb - VİDEO

Bakıda qanunsuz tikinti işləri dayandırılıb - VİDEO
# 26 yanvar 2022 14:40 (UTC +04:00)

Fövqəladə Hallar Nazirliyinin (FHN) Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi tikintidə təhlükəsizliyin təmin olunması istiqamətində üzərinə düşən vəzifələrin icrasını davam etdirir.

FHN-dən APA-ya verilən məlumata görə, Agentliyin mütəxəssisləri tərəfindən Bakı şəhəri, Nərimanov rayonunda Qarabağ, Ə.Vahid, Ə.Əlizadə və T.Şıxəliyev küçələrinin kəsişməsində müvafiq sənədlər olmadan qeyri-qanuni tikinti işlərinin aparılması faktı aşkar edilib.

Göstərilən məsələ ilə əlaqədar FHN Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi tərəfindən həyata keçirilən tədbirlər nəticəsində qanunsuz tikinti işləri dayandırılıb və obyekt nəzarətə götürülüb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR