FHN yağıntıların fəsadlarının aradan qaldırılması ilə bağlı görüntülər yayıb - VİDEO

FHN yağıntıların fəsadlarının aradan qaldırılması ilə bağlı görüntülər yayıb - VİDEO
# 26 may 2022 12:26 (UTC +04:00)

Son günlər ölkə ərazisində hava şəraitinin qeyri-sabit keçməsi, intensiv yağıntıların düşməsi səbəbindən bir sıra yaşayış məntəqələrində bəzi ərazilər subasmaya məruz qalıb.

Fövqəladə Hallar Nazirliyindən APA-ya verilən məlumata görə, yağıntıların törətdiyi fəsadların aradan qaldırılması üçün dərhal ərazilərə cəlb olunmuş FHN-in müvafiq qüvvələri tərəfindən zəruri tədbirlər həyata keçirilib.

Bildirilib ki, FHN-in “112" qaynar telefon xəttinə daxil olan məlumatlar əsasında Nazirliyin qüvvələri tərəfindən Bakı şəhərinin Binəqədi rayonu, Sulutəpə qəsəbəsində, Gəncə və Yevlax şəhərlərində, Qəbələ rayonunun Nohurqışlaq kəndində su basmış ərazilərdən suyun çəkilib kənarlaşdırılması işləri görülüb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR