Fövqəladə hallarla bağlı davranış qaydaları izah olunub

FHN tərəfindən silsilə maarifləndirmə tədbirləri keçirilib

© APA | FHN tərəfindən silsilə maarifləndirmə tədbirləri keçirilib

# 07 may 2022 14:31 (UTC +04:00)

Fövqəladə Hallar Nazirliyinin (FHN) aidiyyəti qurumları tərəfindən fövqəladə hallarla bağlı davranış qaydaları barədə əhalinin maarifləndirilməsi məqsədilə silsilə tədbirlər keçirilib.

Nazirlikdən APA-ya verilən məlumata görə, belə ki, FHN-in Dövlət Yanğın Nəzarəti Xidmətinin mütəxəssislərinin də iştirakı ilə Muğan Regional Mərkəzi tərəfindən Sabirabad rayonu Nizami kənd tam orta məktəbində, Sumqayıt Regional Mərkəzi tərəfindən Abşeron rayonu Xırdalan şəhər 5 saylı tam orta məktəbində, Cənub Regional Mərkəzi tərəfindən Lerik şəhər 1 saylı texniki fənlər liseyində, Qarabağ Regional Mərkəzi tərəfindən Füzuli rayonu Üçbulaq kənd tam orta məktəbində, Şimal Regional Mərkəzi tərəfindən Quba rayonu I Nügədi kənd 1 saylı tam orta məktəbində, Gəncə Regional Mərkəzi Gəncə şəhəri Səməd Vurğun adına 41 saylı tam orta məktəbində maarifləndirmə tədbirləri keçirilib.

Tədbirlərin keçirilməsində məqsəd baş verə biləcək təbii və texnogen xarakterli fövqəladə hadisələrlə bağlı zəruri davranış qaydaları barədə vətəndaşlara müvafiq biliklərin verilməsi olub.

Tədbirlərdə fövqəladə halların təsnifatı, yanğınlar, zəlzələ, torpaq sürüşməsi, sel və daşqınlar və ölkəmiz üçün xarakterik olan digər fövqəladə hadisələrlə bağlı geniş məlumat verilib, bu hadisələr zamanı zəruri təhlükəsizlik tədbirləri barədə ətraflı danışılıb. Bundan əlavə, FHN-in “112” qaynar telefon xəttinin təyinatı izah olunub, ilkin yanğınsöndürmə vasitələrindən istifadə qaydaları əyani şəkildə nümayiş etdirilib.

Qeyd edək ki, slaydların müşayiəti ilə edilən təqdimatlar zamanı mövzulara dair videoçarxlar da nümayiş olunub.

İnteraktiv formada keçirilən tədbirlər zamanı suallar ətraflı cavablandırılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR