Gəncədə avtomobil ağaca çırpılıb - FOTO

Gəncədə avtomobil ağaca çırpılıb - FOTO
# 20 yanvar 2022 09:50 (UTC +04:00)

Gəncədə yol-nəqliyyat hadisəsi baş verib.

APA-nın yerli bürosunun məlumatına görə, hadisə şəhərin Üzeyir Hacıbəyov küçəsində qeydə alınıb. Hərəkətdə olan "Mercedes" markalı minik avtomobilinin sürücüsü idarəetməni itirib. Nəticədə avtomobil yoldan çıxaraq yol kənarındakı ağaca çırpılıb. Qəza zamanı sürücü xəsarət alaraq xəstəxanaya yerləşdirilib, vəziyyətinin kafi olduğu bildirilir.

Faktla bağlı bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR