Gəncədə Ekoloji Park Kompleksinin tikintisi davam edir - FOTO

Gəncədə Ekoloji Park Kompleksinin tikintisi davam edir - FOTO
# 03 sentyabr 2022 15:29 (UTC +04:00)

Gəncə şəhər Mənzil Kommunal Təsərrüfatı İstehsalat Birliyinin “Gülçülük sahəsi”ndə yaradılan Ekoloji Park Kompleksində işlər davam etdirilir.

APA-nın yerli bürosunun xəbərinə görə, hazırda burada ümumi sahəsi 2100 kvadratmetr olan 3 mərtəbəli oranjereya binasının inşası həyata keçirilir. Ümumi hündürlüyü 22 metr olacaq binanın əsas hissəsi dəmir, beton, metal və şüşə-vitraj konstruksiyalarından yığılacaq. Burada müxtəlif gül, çiçək, ağac və digər nadir bitki növləri yetişdirilərək, ziyarətçilərə nümayiş olunacaq.

11 hektar ərazisi olan Ekoloji Park Kompleksi fərqli və müasir dizaynı ilə seçiləcək. Ərazidə əyləncə mərkəzləri, idman qurğuları, iaşə obyektləri, habelə müxtəlif növ balıqlar üçün akvariumlar tikiləcək. Layihəyə uyğun olaraq Gəncəçay çayının sağ sahilində 200-300 metrlik məsafədə bulvar kompleksinin də yaradılması nəzərdə tutulur. Ziyarətçilər buradan keçərək, Ekoloji Park Kompleksinin zəngin flora və faunası ilə yaxından tanış ola biləcəklər.

Qərb bölgəsində ilk dəfə Gəncə şəhərində yaradılacaq Ekoloji Park Kompleksində MKTİB-in Gülçülük və tinkçilik təsərrüfatının gündəlik fəaliyyəti də ziyarətçilərə təqdim olunacaq. Burada həm də piknik məkanları yaradılacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR