Gəncədə “Gənc xilasedici və yanğınsöndürən” yarışlarının zona birinciliyi keçirilib- FOTO

Bu gün Gəncədə  “Gənc xilasedici və yanğınsöndürən” yarışlarının zona yarışları

© APA | Bu gün Gəncədə  “Gənc xilasedici və yanğınsöndürən” yarışlarının zona yarışları

# 12 may 2022 15:40 (UTC +04:00)

Bu gün Gəncədə “Gənc xilasedici və yanğınsöndürən” yarışlarının zona birinciliyi keçirilib.

APA-nın yerli bürosunun məlumatına görə, yarış Fövqəladə Hallar, Təhsil, Gənclər və İdman nazirliklərinin dəstəyi ilə keçrilir. FHN Gəncə Regional Mərkəzinin əhatə etdiyi rayonların (Tovuz, Qazax, Ağstafa, Kəlbəcər, Göygöl, Şəmkir, Gədəbəy) və Gəncə şəhəri təhsil müəssisələri arasında keçirilən birincilikdən öncə təşkilatçılar və yarış iştirakçıları Ümummilli Lider Heydər Əliyevin abidəsini ziyarət edib, xatirəsini ehtiramla anıblar.

Yarışın keçrilməsində əsas məqsədi şagirdlərin fövqəladə hallara hazırlıqla bağlıdır.

Tədbirin açılış mərasimində FHN-nin Gəncə Regional Mərkəzinin rəisi, polkovnik Asif Məmmədli çıxış edərək “Gənc xilasedici və yanğınsöndürən” yarışlarının əhəmiyyətindən, yeniyetmə və gənclərin fövqəladə hallara hazırlıq səviyyəsinin yüksəldilməsindən, məktəblilər arasında şəxsi və ictimai təhlükəsizliyə məsuliyyətli yanaşma hissinin artırılmasından danışıb.

Çıxışlarda gənc nəslə hərbi vətənpərvərlik ruhunun aşılanmasından, gənclər arasında sağlam həyat tərzinin təbliğinin, məktəblilərin yanğın və texniki təhlükəsizlik qaydalarına ciddi əməl etmələrinin, ilkin tibbi yardımın düzgün göstərilməsi qaydalarının mənimsənilməsinin vacibliyindən bəhs olunub. Tədbirdə çıxış edənlər yarışın əhəmiyyətindən danışıblar, iştirakçılara uğurlar arzulayıblar. Yarış “kombinə edilmiş yanğın estafeti”, “maneələr zolağı”, “komandaların təqdimatı” və “gənc ekspertlər müsabiqəsi” adlı dörd mərhələdən ibarət olub.

Yarışların yekunlarına əsasən, 1-ci yerə Gəncə şəhəri Mikayıl Müşfiq adına 14 nömrəli tam orta məktəb, 2-ci yerə Ağstafa rayonu A.Mustafayev adına Həsənsu kənd tam orta məktəbi, 3-cü yer Gədəbəy rayonu Zəhmət kənd tam orta məktəbinin komandası layiq görülüb.

Yarışda fərqlənmiş komandalar diplom, kubok və qiymətli hədiyyələrlə təltif olunublar. Birinci yeri tutan komanda “Gənc xilasedici və yanğınsöndürən” yarışlarının növbəti mərhələsində iştirak etmək hüququ qazanıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR