Gəncədə sahibsiz heyvanlar üçün sığınacaq tikilir - FOTO

Gəncədə sahibsiz heyvanlar üçün sığınacaq tikilir  - FOTO
# 05 fevral 2022 20:42 (UTC +04:00)

Gəncə Şəhər İcra Hakimiyyəti, Gəncə İctimai İştirakçılıq Məclisi və Gəncə şəhər Kəpəz Bələdiyyəsinin birgə təşəbbüsü ilə sahibsiz küçə heyvanlarının yerləşdirilməsi üçün sığınacaq inşa edilir.

Şəhər İcra Hakimiyyətindən APA-nın yerli bürosuna daxil olan məlumata görə Tikinti işləri Gəncə Şəhər Mənzil Kommunal Təsərrüfatı İstehsalat Birliyinin Təmir-bərpa və tikinti şöbəsinin əməkdaşları tərəfindən həyata keçirilir.

İctimai əsaslarla fəaliyyət göstərəcək olan sığınacaqda ilkin olaraq 50 heyvanın yerləşdirilməsi üçün şərait yaradılacaq. Sığınacaqda heyvanların qidalandırılması, baytar tərəfindən müayinə və müalicəsi, həmçinin peyvəndlənməsi təmin olunacaq.

Bir neçə həftədir davam edən tikinti-quraşdırma işlərinin qısa müddət ərzində yekunlaşdırılması planlaşdırılır. Gəncə-Samux yolu, Atabəylər prospektində ("Min bir gecə" şadlıq evinin yanında) yerləşən sığınacaq yaxın günlərdə fəaliyyətə başlayacaq.

Ötən gün Gəncə şəhərində sahibsiz itlərin güllələnərək, məişət tullantıları poliqonuna atılmasını özündə əks etdirən videogörüntülərlə bağlı tərəfimizdən araşdırma aparılmışdır. Sözügedən videogörüntülərin Gəncə şəhərinin məişət tullantıları poliqonunda lentə alınması faktı öz təsdiqini tapmamışdır. Məsələnin daha dəqiq və dərindən araşdırılması üçün aidiyyəti üzrə hüquq mühafizə orqanlarına müraciət edilmişdir.

Qeyd olunub ki, Gəncə Şəhər İcra Hakimiyyəti tərəfindən sahibsiz küçə heyvanlarının güllələnməsi ilə bağlı heç bir göstəriş verilməyib. Bu əməli törədənlərin qısa müddət ərzində müəyyənləşdirilərək, qanun qarşısında cavab verəcəklərinə ümid edirik.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR