Həftənin ilk üç günü hava necə olacaq? - PROQNOZ

Həftənin ilk üç günü hava necə olacaq? - PROQNOZ
# 26 mart 2023 14:43 (UTC +04:00)

Gözlənilən hava şəraiti haqqında məlumat yayılıb.

Milli Hidrometeorologiya Xidmətindən APA-ya verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında həftənin birinci yarısında hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin martın 27-si səhər yarımadanın bəzi yerlərində zəif duman, az çiskin olacağı ehtimalı var. Mülayim cənub-şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 7-11° isti, 16-21° isti olacaq.

Azərbaycanın rayonlarında

Həftənin birinci günü, martın 27-də bəzi rayonlarda hava şəraitinin qısa müddətə yağıntılı olacağı gözlənilir. Martın 28-29-da havanın sabitləşəcəyi, əsasən yağmursuz keçəcəyi gözlənilir. Mülayim şərq küləyi əsəcək.

Havanın temperaturu aran rayonlarında gecə 6-10° isti, 17-22° isti, dağlıq rayonlarda gecə 1° şaxtadan 4° -dək isti , 5-10° isti olacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR