İmtahanlarda zal nəzarətçisi olmaq istəyənlərin sayı açıqlanıb

Dövlət İmtahan Mərkəzi

© APA | Dövlət İmtahan Mərkəzi

# 22 dekabr 2021 17:53 (UTC +04:00)

Dövlət İmtahan Mərkəzi tərəfindən ictimaiyyətin daha geniş hissəsinin imtahan prosesinə nəzarətçi qismində cəlb edilməsi məqsədilə 2018-ci ildən zal nəzarətçisinin fəaliyyətinin sertifikatlaşdırılması layihəsi həyata keçirilir. Bu il sertifikasiyadan keçib imtahanlara cəlb olunmaq üçün 1300-dən artıq müəllim müraciət edib.

APA-nın xəbərinə görə, bunu Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə bu il keçirilən buraxılış və qəbul imtahanlarında fərqlənmiş zal nəzarətçiləri və imtahan rəhbərləri ilə görüşündə deyib.

O qeyd edib ki, bu il keçirilən imtahanlara nəzarətçi qismində cəlb edilməsi nəzərdə tutulan müəllimlərin sayı 16346 nəfər olub. İl ərzində keçirilən imtahanlara 13726 nəzarətçi 38983 dəfə, o cümlədən buraxılış imtahanlarına 10903 nəzarətçi 23951 dəfə, ali təhsil müəssisələrinə keçirilən qəbul imtahanlarının II mərhələsinə 5710 nəzarətçi 6743 dəfə, digər imtahanlara isə 3824 nəzarətçi 8289 dəfə cəlb edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR