İnstitut direktoru: "Tranzit çaylarda həddən artıq azalma var"

İnstitut direktoru: "Tranzit çaylarda həddən artıq azalma var"
# 22 aprel 2022 16:19 (UTC +04:00)

“Tranzit çaylarda həddən artıq azalma özünü biruzə verir. Bunu analiz edəndə gördük ki, bu çaylar öz mənbələrini götürdükləri və keçdikləri ölkələrdə çaylar üzərində çoxlu sayda su anbarları tikilib”.

APA xəbər verir ki, bunu Azərbaycan Meliorasiya və Su Təsərrüfatı ASC-nin "Azdövsutəslayihə" İnstitutunun direktoru Elbrus Paşayev bildirib.
Onun sözlərinə görə, bu da özünü bizim əsas çaylarımızda biruzə verir:

“Buna görə ekoloqlar, melioratorlar, bu sahədə çalışanları təklif edib ki, respublikanın özündə formalaşan çaylar üzərində su ehtiyatları əldə edilsin. Bununla əlaqədar, ölkə başçısının 2020-ci ildə respublikada 10 su anbarının layihələndirilməsi və tikilməsi ilə bağlı Sərəncamı olub. Eyni zamanda, Nazirlər Kabinetində Su komissiyası yaradılıb. Komissiysa artıq təklifləri geniş müzakirə etməklə qərar verir”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR