Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) müşayiəti ilə İrəvandan gələn ambulans karvanı Ermənistandan Xankəndiyə gedib.
APA-nın Laçında olan əməkdaşı xəbər verir ki, təcili tibbi yardım maşınları Azərbaycanın Laçın sərhəd-buraxılış məntəqəsindən keçib Xankəndiyə doğru hərəkət edib.
Karvanda 20-dək maşın olub.
Dünən Xankəndidə yanacaqdoldurma stansiyasında partlayış nəticəsində yaralanmış şəxslər həmin təcili tibbi yardım avtomobilləri ilə Ermənistana aparılacaq.