İstanbul NS Klinika - tibbin geniş sahələrini əhatə edən mərkəz - FOTO

İstanbul NS Klinika - tibbin geniş sahələrini əhatə edən mərkəz  - FOTO
# 26 sentyabr 2022 13:16 (UTC +04:00)

2009-cu ildən sağlamlığınızın 7/24 keşiyində olan İstanbul NS Klinika daim yenilənən tibbi avadanlıqları və xarici təhsilə malik olan yüksək peşəkar yerli və əcnəbi tibbi kollektivi ilə xidmətinizdədir. Klinikada tibbin geniş sahələrini əhatə edən xidmətlər yer almaqdadır.

  • Ümumi Cərrahiyyə
  • Plastik, Estetik və Rekonstruktiv Cərrahiyyə
  • Üz-Çənə Cərrahiyyəsi
  • Travmatologiya və Ortopediya
  • Anesteziologiya və Reanimasiya
  • Alqologiya və Ağrı
  • Damar Cərrahiyəsi
  • Dermatovenerologiya
  • Endokrinologiya
  • Fizioterapiya və Reabilitasiya
  • Ginekologiya
  • Kardiologiya və s.

Sağlam gözlərlə həyata daha aydın fokuslanın

İstanbul NS Klinika Oftalmologiya şöbəsi göz xəstəliklərinin diaqnostikası, müalicəsi və profilaktikası ilə məşğul olur. Ən müasir avadanlıqlarla təchiz olunmuş şöbədə qısa müddət ərzində göz xəstəliklərinizdən xilas ola bilərsiniz. İxtisaslı mütəxəssislərdən təşkil olunmuş peşəkar kollektiv operativ şəkildə müayinə və müalicənizi həyata keçirəcək. Göz insanın duyğu və hiss sistemində önəmli yer təşkil edən orqanıdır. Eynilə də kifayət qədər həssas orqandır. Ətraf mühitin çirkliliyi, stress, əsəb və s. bir çox faktorlar göz zədələnmələri, görmə problemləri, gözdə qaşıntı, iltihab kimi bir çox fəsadlar yaradır. Şöbədə çəpgözlülük, göz iltihabı, qlaukoma, katarakta, göz dibi patologiyası müayinə və müalicələri həyata keçirilir.

Sağlam gələcək üçün sağlam körpələr yetişdirək

İstanbul NS Klinikası Pediatriya şöbəsi uşaq xəstəliklərinin müalicə və müayinəsi üçün ən son avadanlıqlarla təchiz edilib. Klinikanın pediatrları yüksək təcrübəli və peşəkar mütəxəssislərdən təşkil edilib. Onlar uşaqlarınızın fiziki inkişafdan qalma, raxit, distrofiya və s. kimi xəstəliklərinin müayinə və müalicəsini həyata keçirirlər. Həmçinin klinikada spazmofiliya, hipervitaminoz, hipovitaminoz, diatez kimi xəstəliklərin də müayinəsi həyata keçirilir.

Qulaq, burun və boğaz şikayətlərinizdən qurtulun

İstanbul NS Klinika Otorinolarinqologiya şöbəsi qulaq, burun, boğaz xəstəliklərinin müayinə və müalicə tədbirlərini həyata keçirir. Bu üç orqan anatomik yaxın olduqları üçün bir ad altında birləşdirilib. Klinika ən müasir LOR diaqnostik cihazları ilə təchiz edilib. Haymorit, Xroniki tonzillit, Otit və sair kimi xəstəliklərin müalicəsini peşəkar heyyətə həvalə edin.

Baxımsız dişlər gülüşünüzü gizlətməsin

İstanbul NS Klinika Stomatologiya şöbəsi diş və diş əti xəstəliklərinin müayinə və müalicəsini həyata keçirir. Şöbə diş-çənə sisteminin, üz və boyun toxumalarının, ağız boşluğunun anatomiyası, patogenezi, etiologiyası və s. ilə ixtisaslaşıb. İstanbul NS Klinika Stomatologiya şöbəsi müasir tibbi avadanlıqlarla təchiz edilib. Peşəkar stomatoloqlar daim xidmətinizdədir.

Ağrılarınıza nəyin səbəb olduğunu bilmirsiniz?

Narahatlıqları olan şəxsin ilk müraciət etməli olduğu şəxs terapevtdir. Terapevtlər posientlərin şikayətini dinləyir. Onlar haqqında anamnez toplayırlar. Yəni, terapevt tərəfindən posientin həyat tərzi, xəstəlik keçmişi, allergik reaksiyası və s. öyrənilir. Sonra xəstəyə ümumi baxış keçirilir. Dərisi, gözü, nəfəsi, təzyiqi, ümumilikdə bütün bədəni nəzərdən keçirilir. Nəbzi yoxlanılır və ciyərləri dinlənilir. Əgər terapevt lazım bilərsə əlavə müayinə olaraq xəstə laboratoriyaya göndərilir. Burada xəstədən müxtəlif analizlər götürülür və təhlil edilir. Klinikamızın laboratoriyası müasir avadanlıqlarla təchiz edilmişdir. Qısa müddət ərzində bütün növ analizlərin cavabı xəstəyə verilir. Siz də istənilən narahatlıq hallarında İstanbul NS Klinika Terapiya şöbəsinə müraciət edə bilərsiniz.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR