Kamran Əliyev Bakıda prokurorlara tapşırıqlar verib

Kamran Əliyev Bakıda prokurorlara tapşırıqlar verib
# 29 iyul 2022 16:30 (UTC +04:00)

Baş prokuror Kamran Əliyev Bakı şəhərinin Suraxanı, Xəzər və Pirallahı rayon prokurorluqlarında olub.

Bu barədə APA-ya verilən Baş Prokurorluğun mətbuat xidmətindən məlumat verilib.

Xəbərə görə, rayon prokurorluqlarında yaradılan xidməti şəraitlə tanış olan Baş prokuror əməkdaşlarla görüşlər keçirməklə istintaq işi və ibtidai araşdırmaya prosessual rəhbərliyin həyata keçirilməsi, cinayət təqibindən kənar icraatların aparılması, vətəndaş müraciətlərinə baxılması və onların qəbulu ilə əlaqədar işin təşkilinin daim diqqət mərkəzində saxlanılması istiqamətində tapşırıqlar verib, prokurorluq işçilərinin üzərlərinə düşən vəzifələrin icrasında prinsipiallığın artırılmasını tələb edib.

Aysel Şahmar

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR