Keçən il insan alveri qurbanı olanların sayı açıqlanıb

Keçən il insan alveri qurbanı olanların sayı açıqlanıb
# 28 aprel 2022 16:09 (UTC +04:00)

2021-ci ildə 95 nəfər insan alveri qurbanı olub.

APA xəbər verir ki, bu, Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu və İnsan hüquqları komitələrinin sabah-aprelin 29-da keçiriləcək birgə iclasında müzakirəyə çıxarılacaq Azərbaycanın İnsan alverinə qarşı mübarizə üzrə Milli Koordinatorunun 2021-ci il üzrə illik məlumatında əksini tapıb.

Sənəddə qeyd edilib ki, insan alveri qurbanlarından 5-i 18-25, 59-u 25-35, 31- i isə 35 yaşdan yuxarıdır. Bu qurbanlardan 92,8 faizi qadın, 7,2 faizi isə kişidir.

Qeyd edək ki, 2020-ci ildə 94 nəfər insan alveri qurbanı müəyyən edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR