Kəmaləddin Heydərov Gəncədə vətəndaşları qəbul edib - FOTO

Kəmaləddin Heydərov Gəncədə vətəndaşları qəbul edib - FOTO
# 25 noyabr 2022 16:36 (UTC +04:00)

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığına əsasən, mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin respublikanın bölgələrində vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq, fövqəladə hallar naziri Kəmaləddin Heydərov 25 noyabr 2022-ci il tarixində Gəncə şəhərində, Nazirliyin Gəncə Regional Mərkəzinin inzibati binasında Gəncə şəhəri, Samux və Kəlbəcər rayonlarının sakinlərinin qəbulunu keçirib.

Bu barədə APA-ya FHN-dən məlumat verilib.

Məlumata görə, əvvəlcə, nazir K.Heydərov xalqımızın ümummilli lideri Heydər Əliyevin Regional Mərkəzin həyətində ucaldılmış büstünü ziyarət edərək önünə gül dəstəsi qoyub, əziz xatirəsini dərin ehtiramla yad edib.

Sonra fövqəladə hallar naziri tərəfindən qəbul edilən Gəncə şəhəri, Samux və Kəlbəcər rayonlarının sakinlərinin müraciətlərinin əksəriyyəti yerindəcə öz həllini tapıb, bir sıra məsələlərlə bağlı qanunvericiliyə uyğun dərhal zəruri tədbirlərin görülməsi barədə Nazirliyin aidiyyəti strukturlarının rəhbərlərinə tapşırıqlar verilib.

Fövqəladə hallar naziri ilə yanaşı, nazir müavini, Nazirliyin müvafiq baş idarə və qurum rəhbərləri də vətəndaşları qəbul edib.

Ümumilikdə, müraciət etmiş 159 nəfər vətəndaş qəbul edilib.

Qəbula gələn vətəndaşlar onların müraciətlərinə yerində və operativ yanaşılması üçün yaradılan şəraitə görə ölkə Prezidentinə minnətdarlıq ediblər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR