Kərim Şükürov Ramiz Mehdiyevə etiraz olaraq Tarix İnstitutunun Baş direktoru vəzifəsindən istefa verir - VİDEO

Kərim Şükürov Ramiz Mehdiyevə etiraz olaraq Tarix İnstitutunun Baş direktoru vəzifəsindən istefa verir - VİDEO
# 20 yanvar 2022 11:21 (UTC +04:00)

“Bir tərəfdən AMEA prezidentinin Tarix İnstitutu və onun rəhbəri kimi mənim haqqımdakı qeyri-adekvat fikirlərinə etiraz olaraq, digər tərəfdən isə demokratik ənənələri əsas götürərək, yanvarın 21-də tutduğum vəzifədən istefa verəcəyəm”.

APA-nın məlumatına görə, bunu Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Tarix İnstitutunun Baş direktoru, tarix elmləri doktoru, professor Kərim Şükürov akademiyanın prezidenti Ramiz Mehdiyevin ötən gün Rəyasət Heyətinin iclasında institutla bağlı səsləndirdiyi fikirlərə etiraz olaraq yaydığı açıqlamada bildirib.

K. Şükürov o cümlədən Ramiz Mehdiyevin rəhbərlik etdiyi AMEA sistemindəki bütün işlərindən istefa haqqında ərizəni sabah təqdim edəcəyini vurğulayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR