Laçın dövlət sərhədindən buraxılış məntəqəsi dövlət sərhədindən buraxılış məntəqələrinin siyahısına daxil edilib

Laçın dövlət sərhədindən buraxılış məntəqəsi dövlət sərhədindən buraxılış məntəqələrinin siyahısına daxil edilib
# 04 may 2023 11:21 (UTC +04:00)

“Azərbaycan Respublikasının dövlət sərhədindən buraxılış məntəqələrinin sayı və yerləşdiyi ərazilərin siyahısı”nda dəyişiklik edilib.

APA-nın xəbərinə görə, Nazirlər Kabineti bununla bağlı müvafiq qərar verib.

Laçın dövlət sərhədindən buraxılış məntəqəsi (Laçın rayonu (Malxələf kəndinin yaxınlığı), Azərbaycan Respublikası ilə Ermənistan Respublikası arasında) siyahıya daxil edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR