Bank Of Baku

Laçın-Xankəndi yolundan RSK-nın gün ərzində 62 maşını keçib - FOTO - YENİLƏNİB

Laçın-Xankəndi yolundan RSK-nın gün ərzində 62 maşını keçib - FOTO  - YENİLƏNİB
# 01 mart 2023 18:40 (UTC +04:00)

Rusiya sülhməramlılarının müvəqqəti nəzarətində olan ərazilərdə faydalı qazıntı yataqlarının qanunsuz istismarına etiraz olaraq aksiyanın keçirildiyi Laçın-Xankəndi yolundan Rusiya sülhməramlı kontingentinə (RSK) məxsus avtomobillərin sərbəst keçidi davam edir.

APA-nın Şuşaya ezam olunan müxbiri xəbər verir ki, RSK-ya məxsus iki avtomobil Laçın istiqamətindən Xankəndiyə maneəsiz keçid edib. Səhər saatlarından indiyədək aksiya keçirilən yerdən RSK-ya məxsus ümumilikdə 62 avtomobil keçib.

***

10.10

Rusiya sülhməramlılarının müvəqqəti nəzarətində olan ərazilərdə faydalı qazıntı yataqlarının qanunsuz istismarına etiraz olaraq aksiyanın keçirildiyi Laçın-Xankəndi yolundan Rusiya sülhməramlı kontingentinə (RSK) məxsus avtomobillərin sərbəst keçidi davam edir.

APA-nın Şuşaya ezam olunan müxbiri xəbər verir ki, bir qədər əvvəl RSK-ya məxsus maşın karvanı yoldan maneəsiz keçid edib. Xankəndidən gələn 1 minik, 11 yük avtomobili Laçın istiqamətinə gedib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR