"Məktəb psixoloqlarının ixtisasartırma və təkmilləşdirmə" təlimi keçirilib

"Məktəb psixoloqlarının ixtisasartırma və təkmilləşdirmə" təlimi keçirilib
# 02 sentyabr 2022 17:10 (UTC +04:00)

Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi, Psixologiya Elmi-Tədqiqat İnstitutu və Türk Psikoloji Danışma və Rehberlik dərnəyinin birgə əməkdaşlığı ilə Psixologiya Elmi-Tədqiqat İnstitutunda "Məktəb psixoloqlarının ixtisasartırma və təkmilləşdirmə" təlimi çərçivəsində Türkiyə Respublikasından dəvət edilmiş professor-dosent heyəti ilə görüş keçirilib.

APA-nın məlumatına görə, Milli Məclisin Elm və Təhsil komitəsinin sədri Bəxtiyar Əliyev, Elm və Təhsil Nazirliyinin Ümumi təhsilin təşkili və idarəolunması şöbəsinin müdiri Elnur Əliyev, Psixologiya Elmi-Tədqiqat İnstitutunun sədri Elnur Rüstəmov, Türk Psikolojik Danışma və Rehberlik dərnəyinin İstanbul şöbəsinin sədri Mehmet Engin Denizin iştirak etdiyi görüşdə, məktəb psixoloqlarının peşəkar inkişafı, bu istiqamətdə birgə görüləcək işlər müzakirə edilmişdir.

Psixologiya Elmi-Tədqiqat İnstitutunda Türkiyədən dəvət edilmiş ,professor, dosent heyəti və Psixologiya Elmi-Tədqiqat İnstitutunun əməkdaşları tərəfindən Bakı, Abşeron və Sumqayıtda fəaliyyət göstərən 85 nəfər qeyri ixtisas 135 nəfər ixtisaslı olmaqla ümumilikdə 220 nəfər məktəb psixoloqunun həm nəzəri, həm də praktik biliklərini artırmaq, onları psixologiyada müasir yanaşmalar haqqında məlumatlandırmaq məqsədi ilə "Məktəb psixoloqlarının ixtisasartırma və təkmilləşdirmə" təlimi həyata keçirilib.

Qeyd edək ki, təlimlərin ilk mərhələsində İnstitut əməkdaşları tərəfindən 85 nəfər qeyri ixtisaslı məktəb psixoloqlarına 40 saatlıq daha sonra ümumilikdə bütün iştirakçılara Türkiyədən dəvət edilmiş professor-dosent heyəti tərəfindən 60 saatlıq təlim tədris edilib. Bununla yanaşı təlim prosesində superviziya saatları da keçirilib.

Təlimlərin sonrakı mərhələsi online şəkildə davam edəcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR