Məktəblilərə fövqəladə hallarda davranış qaydaları izah olunub

Məktəblilərə fövqəladə hallarda davranış qaydaları izah olunub
# 07 yanvar 2023 15:37 (UTC +04:00)

Fövqəladə Hallar Nazirliyinin aidiyyəti qurumları tərəfindən fövqəladə hallarla bağlı davranış qaydaları barədə əhalinin maarifləndirilməsi məqsədilə silsilə tədbirlər keçirilib.

FHN-dən APA-ya verilən xəbərə görə, Dövlət Yanğın Nəzarəti Xidmətinin mütəxəssislərinin də iştirakı ilə Cənub Regional Mərkəzi tərəfindən Lənkəran şəhər R.Məmmədov adına 5 nömrəli tam orta məktəbində, Aran Regional Mərkəzi tərəfindən Ağdaş şəhər Səməd Vurğun adına 1 nömrəli və Yevlax şəhər S.Əliyev adına 1 saylı tam orta məktəblərində, Bakı Regional Mərkəzi tərəfindən Nizami rayonu 70 saylı tam orta məktəbində, Qarabağ Regional Mərkəzi tərəfindən Ağcabədi şəhəri, Laçın rayonu 23 nömrəli və Bərdə rayonu Kələntərli kənd tam orta məktəblərində maarifləndirmə tədbirləri keçirilib.

Tədbirlərin keçirilməsində məqsəd baş verə biləcək təbii və texnogen xarakterli fövqəladə hadisələrlə bağlı zəruri davranış qaydaları barədə vətəndaşlara müvafiq biliklərin verilməsi olub.

Tədbirlərdə fövqəladə halların təsnifatı, ölkəmiz üçün xarakterik olan fövqəladə hallar, o cümlədən yanğınların baş vermə səbəbləri və bu zaman zəruri davranış qaydaları barədə ətraflı məlumat verilib, FHN-in “112” qaynar telefon xəttinin təyinatı izah olunub, ilkin yanğınsöndürmə vasitələrindən istifadə qaydaları əyani şəkildə nümayiş etdirilib.

İnteraktiv formada keçirilən tədbirlər zamanı suallar ətraflı cavablandırılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR