Məlahət İbrahimqızı: Fəxri fərman verilən işçiyə 1 ay sonra təzə müdir deyir ki, səninlə işləmək istəmirəm

Məlahət İbrahimqızı: Fəxri fərman verilən işçiyə 1 ay sonra təzə müdir deyir ki, səninlə işləmək istəmirəm
# 23 yanvar 2023 11:56 (UTC +04:00)

“Ən çox əziyyət çəkdiyimiz məsələlərin biri ixtisarlarla bağlıdır, bununla bağlı bizə çoxlu sayda müraciətlər olur. Dövlət qurumlarından bir siyahı alaq, görək ki, son 3 ildə , yaxud 2022-ci ildə nə qədər dövlət qulluqçusu ixtisar olunub”.

APA-nın xəbərinə görə, bunu bu gün Milli Məclisin Əmək və sosial siyasət komitəsinin iclasında komitə sədrinin müavini Məlahət İbrahimqızı bildirib.

Məlaht İbrahimqızı deyib ki, ixtisarların çoxunun süni olduğu görünür: “İşçiyə təşəkkür, fəxri fərman verilir, 1 ay sonra təzə müdir gəlir, deyir ki, səninlə işləmək istəmirəm. Biz ixtisar olunmuş dövlət qulluqçularının problemlərinin araşdırılması üçün müvafiq qurumlarla dinləmə keçirsək, yaxşı olar”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR