MİQ imtahanında riyaziyyat suallarının bəzi namizədlərə paylanmasına münasibət bildirilib

MİQ imtahanında riyaziyyat suallarının bəzi namizədlərə paylanmasına münasibət bildirilib
# 16 iyul 2022 20:00 (UTC +04:00)

"Sosial media resurslarında riyaziyyat fənni üzrə test imtahanlarına dair səsləndirilən fikirlərlə bağlı Təhsil İnstitutu müvafiq araşdırmalar aparır".

APA xəbər verir ki, bunu Təhsil İnstitutunun direktoru Rüfət Əzizov bildirib. Onun sözlərinə görə, fənn müəllimləri və ekspertlərin iştirakı ilə aparılan araşdırmanın nəticəsi barədə ictimaiyyətə əlavə məlumat veriləcək:

"Bəzi fürsətcil insanlar tərəfindən araşdırma nəticələrini gözləmədən “imtahandan qabaq suallar paylaşılıb” iddiaları tamamilə əsassızdır, böhtandır və sübutsuz iftira kimi qiymətləndirilməkdədir.

Bu il imtahanlardan dərhal sonra sualların həllərinin açıqlanmasına başlanılıb. Bu bir daha imtahanların şəffaflığına və ədalətliliyinə olan əminliyimizin göstəricisidir".

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR