Müddətdən artıq parklanmaya görə cərimələr müəyyənləşir

Müddətdən artıq parklanmaya görə cərimələr müəyyənləşir
# 24 yanvar 2022 12:21 (UTC +04:00)

Nəqliyyat vasitəsinin parklanma yerlərində 48 saatdan artıq müddətə parklanmasına görə, yaxud parklanma müddəti və vaxtı məhdudlaşdırılmış parklanma yerində müəyyən müddətdən artıq parklanmasına görə cərimə müəyyənləşir.

APA-nın məlumatına görə, bu, Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin 25 yanvar tarixində keçiriləcək iclasının gündəliyinə daxil edilən İnzibati Xətalar Məcəlləsinə təklif edilən dəyişiklikdə əksini tapıb.

Layihəyə əsasən, bu pozuntuya görə 20 manat cərimə müəyyənləşir.

Qüvvədə olan Məcəlləyə əsasən, nəqliyyat vasitəsinin 24 saatdan artıq parklanma yerində saxlanılmasına görə iyirmi manat məbləğində cərimə edilir.

Beləliklə təklif edilən dəyişikliklə həmin maddə dəyişdirilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR