NASA kainatın ən uzaq görüntüsünü paylaşıb - FOTO

Ceyms Vebb teleskopunun əldə etdiyi foto

© APA | Ceyms Vebb teleskopunun əldə etdiyi foto

# 12 iyul 2022 09:40 (UTC +04:00)

ABŞ-ın Milli Aeronavtika və Kosmik Tədqiqatlar Agentliyinin (NASA) Ceyms Vebb kosmik teleskopu kainatın indiyə qədər əldə edilmiş ən uzaq rəngli fotosunu paylaşıb.

APA-nın NTV-yə istinadən verdiyi xəbərə görə, teleskop Yer kürəsindən təxminən 1.5 milyon kilometr uzaqda bu görüntüləri əldə edib.

NASA-nın Avropa və Kanada kosmik agentlikləri ilə birgə hazırladığı Vebb bu günə qədər düzəldilmiş ən güclü və böyük teleskop hesab edilən Habbl teleskopunun xələfi hesab edilir.

6 illik hazırlıq dönəmindən sonra yayılan bu rəngli fotolar gələcəkdəki elmi araşdırmaların başlanğıcını təmsil edəcək.

Bildirilir ki, teleskop gözləniləndən daha yaxşı performans nümayiş etdirib.

Teleskopun 13.5 milyard il əvvəlki Böyük Partlayışdan sonra əmələ gələn ilk ulduzların işığını yaxalayaraq kainatın tarixinin bütün mərhələlərinin öyrənilməsi əsas istiqamətlərdən hesab olunur.

Teleskopun əldə etdiyi görüntülər ABŞ prezidenti Co Baydenə də nümayiş etdirilib.

Vebbin digər görüntülərinin bu gün NASA tərəfindən yayılacağı vurğulanır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR