Naxçıvan Səhiyyə Nazirliyi kollegiyasının üzvlərinin sayı müəyyənləşdirilib

Naxçıvan Səhiyyə Nazirliyi kollegiyasının üzvlərinin sayı müəyyənləşdirilib
# 01 iyun 2023 18:46 (UTC +04:00)

Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabineti bir sıra qərarlar qəbul edib.

APA-nın Naxçıvan bürosu xəbər verir ki, Nazirlər Kabinetinin 2023-cü il 16 may tarixli qərarı ilə “Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyi Kollegiyasının yeni tərkibinin təsdiq edilməsi haqqında” Nazirlər Kabinetinin 2009-cu il 11 dekabr tarixli Qərarında dəyişiklik edilib.

Dəyişikliyə əsasən, nazirliyin kollegiya üzvlərinin sayı 5 nəfərdən ibarət olaraq müəyyənləşdirilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR