Türkiyədə baş vermiş güclü zəlzələdən zərərçəkənlərə köməklik göstərilməsi məqsədilə Naxçıvan Muxtar Respublikasında başlayan yardım kampaniyası davam edir.
APA-nın Naxçıvan bürosu xəbər verir ki, toplanan növbəti yardımlar bu gün Türkiyəyə yola salınıb.
Yardımlar 11 TIR-la qardaş ölkəyə göndərilib. Yola salınan yardımlar qidalar, geyimlər, uşaq bezləri, yataq dəstləri, xalçalardan ibarət olub.