Nazir: "Biz hələ də məktəblərdə adambaşına maliyyələşməyə keçməmişik"

Emin Əmrullayev

© APA | Emin Əmrullayev

# 31 may 2022 12:15 (UTC +04:00)

"Dövlət müəssisələri özləri adambaşına maliyyələşməyə keçməlidir ki, həmin adambaşına düşən vəsaiti biz özəl sektora verək".

"APA-Economics" xəbər verir ki, bunu "Təhsil biznesi problem və perspektivlər" mövzusunda keçirilən ictimai müzakirədə çıxış edərkən təhsil naziri Emin Əmrullayev deyib.

Onun sözlərinə görə, bu müəyyən mənada pilləli islahatdır.

"Biz hələ də ümumtəhsil müəssisələrində adambaşına maliyyələşməyə keçməmişik. Yalnız ali təhsildə keçmişik və ali təhsildə özəl ali təhsil müəssisələri bu səbəbdən bu sxemdə iştirak edə bilir", - nazir qeyd edib.

Bunun səbəbinə gəldikdə isə, o əlavə edib ki, ölkədə fəaliyyət göstərən 4 400 məktəbdən 2000-dən artığında şagird sayı 200 nəfərdən azdır.

"Yəni adambaşına maliyyələşməyə keçid, özü-özlüyündə rasionallaşmanı tələb edir və bu çox ağıllı islahatdır, elə asan islahat deyil", - nazir qeyd edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR