Nəqliyyat qəzalarında xilasetmə mövzusunda təlim keçirilib - FOTO

Nəqliyyat qəzalarında xilasetmə mövzusunda təlim keçirilib - FOTO
# 27 may 2022 14:27 (UTC +04:00)

Fövqəladə Hallar Nazirliyinin Muğan Regional Mərkəzi “Nəqliyyat qəzaları zamanı xilasetmə əməliyyatları” mövzusunda təlim-məşq keçirib.

FHN-dən APA-ya verilən xəbərə görə, təlim-məşqin keçirilməsində məqsəd nəqliyyat qəzaları zamanı deformasiyaya uğramış avtomobildən zərərçəkmişlərin xilas edilməsi üzrə xilasedicilərin bilik və bacarıqlarının artırılması, həmçinin xilasetmə qrup komandirlərinin hadisə zamanı effektiv idarəetmə vərdişlərinin təkmilləşdirilməsi olub.

Təlim-məşq zamanı xilasedicilər tərəfindən şərti nəqliyyat qəzası zamanı avtomobildə baş vermiş “yanğın” söndürülüb, deformasiyaya uğramış avtomobildən “zərərçəkmiş xilas edilərək təxirəsalınmaz ilkin tibbi yardım göstərilib”.

Uğurla keçirilmiş təlim-məşqin sonunda əldə edilmiş nəticələr müzakirə olunub, müvafiq tapşırıqlar verilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR