Niyazi Bayramov şəhid ailələri və müharibə iştirakçıları ilə görüşüb - FOTO

Niyazi Bayramov şəhid ailələri və müharibə iştirakçıları ilə görüşüb - FOTO
# 07 iyun 2022 18:19 (UTC +04:00)

Gəncə Şəhər İcra Hakimiyətinin başçısı Niyazi Bayramov növbəti vətəndaş qəbulu çərçivəsində şəhid ailələri, müharibə iştirakçıları və müharibə əlilləri ilə görüşüb və onların müraciətlərini fərdi qaydada dinləyib.
Bu barədə APA-ya Gəncə Şəhər İcra Hakimiyətindən bildirilib.

Məlumata görə, Prezident İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın müvafiq tapşırıq və tövsiyələrinə uyğun olaraq dövlət qurumları şəhid ailələri, müharibə iştirakçıları və müharibə əlilləri ilə yaxından maraqlanır, onları narahat edən məsələlərin aradan qaldırılması istiqamətində mütəmadi olaraq tədbirlər həyata keçirir. Ölkənin bütün bölgələrində olduğu kimi, Gəncə şəhərində də bu kateqoriyadan olan vətəndaşlar daim diqqət mərkəzindədirlər.
Qeyd olunub ki, işlə təminat, qeyri-yaşayış sahəsinin layihələndirilməsi, fərdi yaşayış evinin təmiri, müalicə və digər məsələlər müraciətlərin əsasının təşkil edib.
Səsləndirilən bir çox məsələlər yerindəcə həllini tapıb. Bəzi müraciətlərlə bağlı aidiyyəti qurumların nümayəndələrinə müvafiq araşdırma aparmaq və yaranmış problemləri həll etmək tapşırığı verilib.
Qəbulda müraciət edən şəhid ailələri və müharibə iştirakçıları onlara göstərilən xüsusi diqqət və qayğıya görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya öz minnətdarlıqlarını bildiriblər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR