Oftalmoloq: “Sarı meyvələr göz üçün daha faydalıdır”

Oftalmoloq: “Sarı meyvələr göz üçün daha faydalıdır”
# 29 aprel 2022 15:43 (UTC +04:00)

“Pandemiya dövründə uşaqlar arasında qlobal səviyyədə araşdırma aparılıb. Müşahidə edilib ki, kiçik ekrana uzun müddət baxan uşaqlarda zəif görmə, böyük ekrana baxan uşaqlardan daha çoxdur”.

APA xəbər verir ki, bunu Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti oftalmoloq Nigar Həsənova deyib. Onun sözlərinə görə, yəni, əgər uşaq mütləq onlayn şəraitdə dərsə qoşulmalıdırsa, heç olmasa ona kompüterdə qoşulması üçün şərait yaradılmalıdır:

“Axşam vaxtı ekrana baxmaq isə olduqca təhlükəlidir. Buna görə uşaqları axşam vaxtı maksimum ekranlardan uzaq saxlamalıyıq”.

Oftalmoloq həmçinin əlavə edib ki, sarı rəngli meyvələr və sarı bibər göz üçün daha faydalıdır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR